Londonda son 110 ildə tapılmış ən böyük almaz nümayişə çıxarılıb. Daşın 29 iyunda hərrac vasitəsilə satılacağı bildirilib. Almazın tenis topu boyda olduğu bildirilib. Botsvanadan ötən il aşkar edilən almaz Londona satılmaq üçün gətirilib. Daşın çəkisi 1109 karatdır. Almazın 3 milyard ildən çox yaşı olduğu hesablanıb. Sotheby`s hərrac evində ayın sonunda satışa çıxarılacaq daşın rekord qiymətə satılacağı deyilib. Almaza sahib olmaq üçün ən azı 50 milyon ingilis funtu ödəmək lazım gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB