Yerdənkənar Sivilizasiyaların Axtarışı üzrə Təhqiqat Agentliyinin (SETI) əməkdaşı Set Şostak yad planetli həyat formasının təmsilçiləri ilə təmasa çıxmağın təxminən 25 il sonra mümkün olacağı qənaətindədir.
Stenford Universitetində NASA-nın qabaqcıl və innavasion proqramının simpoziumunda çıxış edən Şostak nəhəng sayda ulduz sistemlərinin bir çoxunun tədqiqatından və monitorinqindən sonra yadplanetlilərlə kontakta iki on illik sonra çıxmağın mümkün olacağını deyib. Onun sözlərinə görə, qalaktikada Yerə bənzəyən milyardlarla planet ola bilər. Çünki hər 5 ulduzdan birinin ətrafında həyat üçün əlverişli şərtləri olan ən azı bir planet fırlanır. Bu barədə polit.ru "The Cleveland Leader"ə istinadən yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB