Üzüm qaraciyər xəstəlikləri və qansızlığın müalicəsində təsirlidir
A, B1, B2, C vitamini ilə yanaşı tərkibində kalium, maqnezium ehtiva edən üzümün insan sağlamlığı baxımından tək başına bir əczaxana olduğu araşdırmalarla da sübut edilib Üzüm immunitet sistemini qüvvətləndirir. Böyrək və qaraciyərin funksiyasını artırır, qaraciyər xəstəlikləri və qansızlığın müalicəsində təsirlidir. Qanın təmizlənməsinə, bədəndə yağların əriməsinə köməkçi olur. Bədəndə yığılan zərərli maddələrin çölə atılmasını təmin edir. Ehtiva etdiyi resveratrol maddəsi sayəsində xərçəngə qarşı bədəni qoruyur. Bədəni viruslara qarşı müqavimətli hala gətirir. Qabıq və çəyirdəkləri mədəyə zərər vermədən həzmi sürətləndirir, bağırsaq sisteminin işini nizamlayır, bağırsaq sancısını aradan qaldırır. Beynin enerji qaynağıdır. Üzüm yarpağının suyu dizenteriyaya və göz soyuqdəyməsinə qarşı şəfalıdır. Böyrək xəstəliklərinin aradan qalxmasında təzə üzümün böyük rolu var. Xərçəngə qarşı təzə üzüm yeyilməlidir. Quru üzüm ürək, qaraciyər, mədə və sinir xəstəliklərinə şəfa verir, ürəyi qüvvətləndirir, nəfəs darlığının aradan qalxmasına köməklik edir. Öskürəyi kəsir, bəlğəmi aradan qaldırır, ağız içi yaralarını yaxşılaşdırır. Bədənin həddindən artıq dərəcədə yorğunluğu və əldən düşməsi zamanı kişmiş qəbul edilsə, yaxşı olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB