Gündə 3 fincan qəhvə iç, qaraciyər xərçənginə tutulma riskini 50 % azalt
Əgər gündə 3 fincan qəhvə (kofe) içsəniz, o zaman qaraciyərin xərçənginə tutulma riskini 50 % azalda bilərsiniz. Musavat.com-un xəbərinə görə, bu barədə "The Indian Express" qəzeti yazıb.
Qaraciyər xərçəngi bəd xassəli şiş xəstəlikləri arasında 6-cı yeri tutur. Bu, insanların üç ən çox təsadüf edilən ölüm səbəblərindən biridir. Kofenin xərçəng riskinə təsiri ilə bağlı araşdırmalar əvvəlki qənaətləri möhkəmlədib.
MedDaily.ru.-nun məlumatına görə, qəhvənin pozitiv təsiri qismən onun şəkərli diabeti önləmək bacarığı ilə izah edilir. Diabet isə qaraciyər xərçəngində həlledici rol oynayır. Bundan əlavə, alimlərə görə, kofe sirrozdan qoruyur və qaraciyər enzimlərinə (ferment) pozitiv təsir edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB