İyunun 16-sı Almaniyanın Münhen şəhərində "Hermann Historica" binasında keçiriləcək hərracda nə az, nə çox düz 1 cüt corab hərraca çıxarılacaq. Bu corabın hərraca çıxarılmasına səbəb isə, onun Hitlerin sevimli corabı olmasıdır. Bu barədə "Daily Mail" agentliyi yazıb.
Məlumatda bildirilir ki, Hitlerin corablarından əlavə, auksionda nasistlərin ən görkəmli simalarından biri olan Herrinqin alt paltarı və Hitlerin həyat yoldaşının donu da satışa çıxarılacaq. .
Qeyd edək ki, auksion başlamamış Almaniyada bu qiymətli şəxsi əşyalara nəyin bahasına olursa olsun sahib olmaq istəyən varlı adamların sayı kifayət qədərdir.
Dünyada milyonlarla insan ac olduğu halda, indi kimlərsə bu cür mənasız əşyalara milyonlar xərcləyəcək. İylənmiş corab və alt paltarı almaq üçün bir-biri ilə bəhsə girəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB