Yanlış pəhrizin 10 ağır FƏSADLARI

Yanlış pəhrizin 10 ağır FƏSADLARI

Yanlış pəhriz bir çox problemlərə yol aça bilir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dietoloq Nesrin Eriş qısa müddətdə möcüzəvi hesab edilən, lakin uzun müddətli problemlər yaradan yanlış pəhrizlərin ağır nəticələrindən bəhs edib.

Onun sözlərinə görə, yanlış pəhriz saxladıqda, onun zərəri yaşınıza, sağlamlığına görə müxtəlif vaxtlarda ortaya çıxa bilər. Yanlış pəhriz 1 həftədə özünü göstərməyə bilər. Lakin qidalanma zamanı edilən səhvlər orqanizminizə elə ziyan vura bilər ki, onu geri dönüşü belə olmaz. Ürək-damar, şəkərli diabet, osteoporoz və digər xəstəliklər yanlış qidalanmanın ağır fəsadları hesab edilir.

İdeal arıqlamağın ayda 4 kilodan ibarət olduğunu deyən dietoloq bir ay müddətində yanlış pəhrizlə bundan daha çox və sürətlə arıqlamağın 10 ağır nəticəsindən danışıb.

1) Yağ qəbulundan tamamilə imtina etmək düzgün deyil. Əgər yağ qəbulundan imtina etsəniz o zaman A, D, E, K vitamininiz çatışmaya bilər. Orqanizmdə yağ balansının zəifləməsi sonradan saçların tökülməsi və cansızlaşması, dırnaqların qırılması, dərinin solmasına səbəb olur.

2) Zülal pəhrizləri böyrək və qaraciyərə mənfi təsir göstərir. Belə pəhrizlər bədəndə kalsiumu sormaqla gələcəkdə sümük əyilmələrinə şərait yaradır.

3) Yanlış pəhrizin ən ağır fəsadlarından biri onu buraxdıqda əvvəlkindən də artıq çəkil almaqdır.

4) Əgər pəhriz proqramınız sizin halsız, yorğun, əsəbi olmağınıza səbəb olursa, demək saxladığınız pəhriz yanlışdır.

5) Yanlış pəhrizin acı nəticələrindən biri sonradan yaranan iştaha artımıdır. Bu zaman qəbul edilən artıq qidalar sağlamlığınıza mənfi təsir göstərə bilər.

6) Sağlam pəhrizin yalnız bir hədəfi- yağ hüceyrələrinizin tərkibində olan yağ miqdarını azaltmaqdan ibarət olmalıdır. Əgər kilonuzu bədəndə yağı azaltmaqla deyil, əzələdən itirdikləriniz hesabına azaldırsınızsa, o zaman bədəniniz sallanar və deformasiyaya uğraya bilər. Bu cür pəhrizlər insanı gücdən salar.

7) Qısa müddətdə sürətli kilo vermək orqanizminizdə vitamin və mineral çatışmazlığına səbəb ola bilər. B vitamini çatışmadıqda, insan əsəbi olur və onun deprasiyaya girməsinə yol açır.

8) Yanlış pəhriz bir çox sağalmaz xəstəliklərə yol açır.

9) Qısa müddətdə verilən kiloların daha artığını almaq insanda özünə güvənliyin itirilməsinə, psixoloji problemlərə səbəb ola bilər.

10) Sağlam pəhrizə başladıqda yanlışlara yol verməməlisiniz. Düzgün pəhrizlə sürətli kilo verməyiniz mümküm deyil. Çünki sağlam pəhriz ilk növbədə bədəninizin müqavimətinin gücləndirilməsinə xidmət etməlidir. Belə olan halda, daha səbirli olmalısınız.

Bütün xəbərlər Facebook səhifəmizdə