Fiziki qüsurla hansısa idman növü ilə məşğul olmaq nadir hadisə deyil. Ancaq bəzən idmançılar fiziki qüsurlarına baxmayaraq seçdikləri idman növü ilə bütün dünyanı təəccübləndirir. Amerikalı Meks Oukn belələrindəndir.
Arizona ştatında yaşayan bu gənc dünyaya fiziki qüsurla gəlib. Sadəcə bir qolu olan Meks, buna baxmayaraq bodibildinqlə məşğul olur. Ağır ştanqların bir tərəfindən əli, digər tərəfindən protez qolu ilə yapışır.
Protez qolla müntəzəm məşqlərə qatılan, ağır ştanqlarla məşq edən Meks öz təcrübələrini gənc idmançılarla da bölüşür. Bir qollu bodibilder artıq həm də peşəkar idman məsləhətçisidir.
Sosial şəbəkələrdə fenomenə çevrilən idmançını izləyənlərin sayı durmada artır. Əzmkarlığı ilə digər fiziki qüsurlu insanlara da örnək olan amerikalı, həyatın bir mübarizə olduğunu, bu mübarizədən qalib ayrılmağın insanın öz əlində olduğunu deyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB