Leonardo Di Kaprio "Oskar" mükafatını restoranda unudub. SİA-nın Rusiyanın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, aktyor mükafat alması münasibətilə iştirak etdiyi yığıncaqdan sonra "Oskar" heykəlini restoranda unudub.
Qeyd edək ki, Hollivud aktyoru Leonardo Di Kaprio Amerika Kino Akademiyasının "Oskar" mükafatına 5 dəfə namizəd seçilsə də, yalnız altıncı dəfə ona layiq görülüb. Aktyor "Sağ qalmış" filminə görə "Ən yaxşı aktyor" nominasiyasında bu mükafata layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB