Paytaxt rayonlarından birində müştəri marketdən limonad alıb istifadə edən zaman gördüyü mənzərə qarşısında çaş-baş qalıb. Limonadın içərisindən siçan ölüsü çıxıb. Mütəxəssislər isə belə vəziyyətdə həm müəssisə, həm də market rəhəbərlərinin məsuliyyət daşıdığını bildirirlər. Bəs onları hansı cəza gözləyir?
Stəkana limonad süzərkən gördükləri onu çaş-baş saldı. Çünki butulkadan stəkana siçan leşi düşmüşdü.
Hadisə Bakıda baş verib. Bir nəfərin aldığı "Mikimaus-amor" nişanlı limonad şüşəsindən siçan çıxıb. Sosial şəbəkələrin gündəminə çevrilən iddianı araşdırmaq üçün həmin limonad paytaxtın Suraxanı rayonu Oqtay Şabanov küçəsində yerləşən sexdə istehsal olunub. Sexin müdiri Mahal Yusifov bir müddət əvvəl fəaliyyəti dayandırdıqlarını dedi.
İddianın sahibi məlum olmadığı üçün sübutu çətinləşsə də Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyir ki, həmin sexdə istehsal zamanı sanitariya və gigiyena tələbləri pozulub. Daha da önəmlisi görünməyən şüşə qablarda alkoqolsuz içkilərin istehsal edilməsi qadağandır.
Məhsulu belə vəziyyətdə istehsal edən sahibkarlar isə müəyyən miqdarda cərimələnə bilər.
Digər tərəfdən, bəzi marketlər satış üçün məhsul qəbul edərkən istehsalçıdan həmin məhsula məxsus sertifikatı tələb etmir. Nəticədə də məhsul zərərli çıxdıqda ziyan çəkən vətəndaş olur. Ancaq belə vəziyyətdə market sahibləri də cərimələnə bilər. Sertifikatsız mal satışına görə, fiziki şəxslər 1500-2000, hüquqi şəxslər isə 4000-5000 manat arası cərimələnə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB