Futbol matçında elə dava düşdü ki...

Futbol matçında elə dava düşdü ki...

Türkiyədə futbol qarşılaşmasında baş verən olay ölkədə ciddi rezonans yaradıb. Qaydanı pozduğu üçün qırmızı vərəqə ilə cəzalandırılan Mehmet Deyirmençi adlı futbolçu əsəblərinə hakim ola bilməyib və zədəli halda yerdə uzanan rəqibinin başına təpiklə güclü zərbə endirib.

Futbolçunun etdiyi bu hərəkət ona baha başa gəlib. Şərəfini qoruya bilmədiyi furbol klubunun rəhbərliyi rəqib oyunçunun başına təpik vuran futbolçunu komandadan uzaqlaşdırıb.

Etirazların artması ilə birgə, Mehmet Deyirmençinin azadlığı da sual altına düşüb. Məhkəməyə çıxarılacaq idmançı haqqında 3 il azadlıqdan məhrumetmə cəzası tələb olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə