Ağ Evin əkizini inşa etdilər VİDEO

Ağ Evin əkizini inşa etdilər VİDEO

İŞİD terrorçularından onlarla kilometr aralıda ABŞ prezidentlərinin iqamətgahı- Ağ Evin əkizini inşa etdirdi. İraqda kürd əsilli milyarderin yeni evi görənləri heyrətləndirir. Vaşinqtondakı Ağ Evin replikasını hazırlamaq üçün heç bir xərcdən çəkinməyən Şəhab Nurəddin, bu villanı ərsəyə gətirmək üçün nə az nə çox 20 milyon dollar xərcləyib.

Ərbil şəhərindəki tikili, ABŞ prezidenti Barak Obamanın siyasət yürütdüyü Ağ Evdən sadəcə coğrafi mövqeyi ilə fərlqənir. Memarlar Ağ Evin replikasını hazırlayarkən bütün detalların oxşar olmasına xüsusi diqqət yetirib.

İraqdakı Ağ Ev, Vaşinqtondakından nəinki geri qalır, hətta öz rahatlığına görə onu üstələyir. Belə ki, İraqdakı əzəmətli villada, türk hamamı ilə yanaşı, qızıldan pilləkənlər də var. İraq-Şam İslam Dövləti (İŞİD) terrorçularının Ərbil şəhərinə gəlib çıxması ehtimalı isə deyəsən milyarderi narahat etmir.

Hər nə qədər Ağ Evlə eyni görünüşə malik olsa da, milyarder bu villaya "Xəyallar Şəhəri" kompleksi adı verib. Kürd əsilli milyarder, daha əzəmətli tikililər inşa etdirəcəyini də gizlətməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə