Dünyanın ilk və əfsanələr yaratmış rok-qrupu kimi tarix yazan "The Beatles"a (Bitlz qrupu) məxsus musiqi alətləri satılmaqda davam edir. SİA-nın "Ria-novosti"yə istinadən verdiyi xəbərə görə, bu dəfə Con Lennona və Rinqo Starruya aid olmuş gitara auksionda 901 min dollara atılıb. Bu barədə "Julien's Auctions" ticarət evinin rəsmi saytı yazır.
Eyni zamanda Rinqo Sarra aid olan zərb aləti 2,2 milyon dollara satılaraq, özünə yeni sahib tapıb. Belə ki, "Rose-Morris Rickenbacker" şirkəti tərəfindən istehsal olunmuş zərb aləti birinci dəfə Con Lennona hədiyyə olunub. Con Lennon həmçinin 1968-ci ildə şəxsi gitarasını da öz həmkarına, Bitlz qrupunun məşhur siması Rinqo Starra bağışlamışdı.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB