Sürücü qadının səhlənkarlığı az qala ona övlad acısı yaşadacaqdı. Tükürpədən hadisə Rusiyanın Perm şəhərində baş verib. Hərəkətdə olan maşının qapısının açılması nəticəsində yerə yıxılan körpə, arxadakı maşının sürücüsünün sayıqlığı nəticəsində sağ qalıb.
Öndəki avtomobilin qadın sürücüsü, övladını uşaq oturacağına əyləşdirmək əvəzinə, onu arxada tək qoyub. Qadının qapını da etibarlı bağlamaması faciəyə yaşıl işıq yandırıb. Arxadakı maşının video-registratorundan anbaan lentə alınan kadrlada, hərəkətdə olan avtomobilin qapısının açıldığı və uşağın yerə düşdüyü əksini tapır. Xoşbəxtlikdən görüntüləri lentə alan maşının sürücüsü, uşağın anasından daha diqqətli olub və azyaşlını əzmədən avtomobili saxlayıb.
Maşından düşərək övladına doğru qaçan sürücü qadın, uşağı yerdən götürdükdən sonra yenidən avtomobilə əyləşərək yoluna davam edib. Sosial mediaya sızan görüntülər isə ölkədə şok effekti yaradıb.




USD
EUR
GBP
RUB