Canlı barbi - Günəş işığı ilə qidalanır VİDEO

Canlı barbi - Günəş işığı ilə qidalanır VİDEO

İnsan yemədən, içmədən yaşaya bilərmi? Təbii ki, cavabınız "yox" olacaq. Lakin Ukraynada yaşayan 23 yaşlı Valeriya Lukyanova bunun əksini sübut etməyə çalışır. Barbi kuklasına bənzəmək üçün dəfələrlə plastik əməliyyat masasına uzanan qız indi də nə yemək yeyir, nə də su içir. Valeria formada qalmaq üçün bu addımı atmağa məcbur olduğunu deyir. Dediyinə görə, aclıqdan heç də əziyyət çəkmir. Sadəcə Günəş işığı və hava ilə yaşamaq, bu qıza kifayət edir. 1,74 santimetr boya, 50 kiloqram çəkiyə malik olan bu qız model fəaliyyəti ilə məşğuldur.

Bütün xəbərlər Facebook səhifəmizdə