Bahalı telefonlar belə hazırlanır FOTOLAR

Bahalı telefonlar belə hazırlanır FOTOLAR

Həyatınızın böyük bir hissəsinə çevirilən mobil telefon, noutbuk və pleysteyşnlər üçün lazım olan minerallar asan başa gəlmir. SİA-nın məlumatına görə, sözügedən cihazlarda istifadə olunan mineralların 80%-i Demokratik Konqo Respublikasında hasil olunur. Xüsusilə də mobil telefonlardakı gərginliyi tənzimləyən və enerji yığımı üçün istifadə olunan minerallar əllə çıxarıldığı üçün böyük əmək tələb edir. Bunun üçün bir mədəndə 400-dən çox işçi gün ərzində 12 saatdan çox çalışır.

Dağların zirvələrində çətin və təhlükəli bir şəraitdə çalışmağa məcbur olan bu işçilərin günlük qazancı sadəcə 5 dollardır. Mobil telefonların markası, qiymətləri fərqli olsa da, bu insanların qazandığı pul və sərf etdikləri əmək eynidir.

Bütün xəbərlər Facebook səhifəmizdə