Çin aşpazlarının növbəti rekord cəhdi uğursuz oldu

Çin aşpazlarının növbəti rekord cəhdi uğursuz oldu

Çinin Cianqsu əyalətinin Yangou şəhərində 300 aşpazın ən böyük həcmdə qızardılmış düyü bişirməklə Ginnesin Rekordlar Kitabına düşmək cəhdi uğursuz olub.

Şəhərin 2500 illik yubileyi münasibətilə aşpazların 4192 kiloqram düyüdən istifadə edərək iri qazanda hazırladıqları yeməyin "Dünyada ən böyük qızardılmış düyü yeməyi" kimi qeydə alınmasına bir amil mane olub. Yemək hazır olandan sonra Ginnesin Rekordlar Kitabının mütəxəssisləri bu cəhdi ilkin olaraq qeydə alıblar. Lakin yeməyin bir hissəsinin insan qidası üçün yararsız hesab edilərək məişət tullantıları daşıyan avtomobildə donuz fermasına göndərilməsi faktı üzə çıxandan sonra cəhd uğursuz hesab olunub.

Beləliklə, çinli aşpazlar ötən il türkiyəli həmkarlarının bişirdikləri 3170 kiloqram qızardılmış düyü yeməyi rekordunu təzələyə bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə