Astara sakininin “Kərgədan böcəyi”

Astara sakininin “Kərgədan böcəyi”

Astara rayonunun Şiyəkəran kənd sakini, ixtisasca bioloq olan Yunus Qulamov evlərinin həyətyanı sahəsindən iki ədəd böcək tapıb. SİA-nın Cənub bürosunun məlumatına görə, bioloq çox nadir hallarda rast gəlinən bu növ böcəklərin alın hissəsində buynuz şəklində bir çıxıntı olduğu üçün onların "Kərgədan böcəyi" adlandırıldığını bildirib

Respublikamızda nadir həşarət növü sayılan"Kərgədan böcək"ləri bir sıra xüsusisyyətlərinə görə dünyanın ən güclü böcəyi kimi tanınır. Böcəyin qiymətinin isə 90-100 min ABŞ dollaırı dəyərində olduğunu deyənlər də var:"Bunlardan dünyanın əksər ölkələrində, daha çox isə Yaponiyada döyüş məqsədilə istifadə olunur. Elə bu səbəbdən də onlara döyüşkən "Kərgədan böcəkləri" deyilir, çünki bu böcəklərin öz çəkisindən 30 dəfədən çox ağır yük götürmək və çəkmək qabiliyyəti var."

Gənc bioloqun sözlərinə hörə, "Kərgdən böcəyi" 5 sm, bəzi hallarda isə 10-12 sm-ə qədər inkişafetmə xüsusiyyətinə malikdir.

Hazırda plastik qabda saxlanılan "Kərgədan böcəyi" əsasən meyvə və tərəvəzlə qidalnır.

Yunis müəllim bir müddətdən sonra böcəyi yenidən təbiətin qoynuna buraxcağını söyləyib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə