Kişilər arasında gözəllik yarışması VİDEO

Kişilər arasında gözəllik yarışması VİDEO

Gözəllik yarışması deyəndə çoxlarının ağlına uzun saçlı, qara gözlü, hündür boylu qadınlar gəlir. Nigeriyada isə vəziyyət bir az fərqlidir.

Bu ölkədə yaşayan Vodaabe qəbiləsi hər il analoqu olmayan gözəllik yarışması keçirir. Qəbilə qadınları hər il kişilər arasında ən "gözəl"ini seçirlər. Kişilər isə uzun müddət seçim gününə hazırlaşmaq üçün pul və əmək sərf edirlər. Bir ilə tikilən geyimləri rəngarəng və parlaq aksessuarlarla bəzəyirlər. Festival günü yeni tikilmiş paltarlarını geyinən kişilər, sarı boya və sürmə ilə üz cizgilərini də qabardırlar.

Nəhayət yarış günü gəlib çatdığı zaman, adəti üzrə "savaşcı" olan kişilər sırayla addımlayaraq, rəqs edirlər, mahnı oxuyurlar, qadınları təsirləndirməyə çalışırlar.

Qadınlar ən gözəl üzlü, uzun boylu, gülüşü, gözləri ən gözəl, ən yaxşı geyinmiş yalnız bir kişini seçirlər.

Yarış əsnasında subay qadınlar da "potensial kişi" axtarışına başlayırlar. Bəzən bir çoxlarının favoriti olan yarışmaçılar münsiflər heyətinin üzvləri ilə birlikdə təklikdə çadıra göndərilirlər ki, daha yaxından baxıb qiymətləndirilsinlər. "Vodaabe" qəbiləsi dünyanın dominant cinsiyyət və gözəllik anlayışlarını yerlə bir edən bu festivalı hər il keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə