Övladlarınızın sağlamlığı naminə bunu azaldın VİDEO

Övladlarınızın sağlamlığı naminə bunu azaldın VİDEO

Övladlarınızın sağlam böyüməsini istəyirsinizsə onların qida rasionunda duzun miqdarını azaldın. Böyük Britaniyada tibb işçiləri apardıqları araşdırma zamanı məhz belə qənaətə gəliblər.

Tibb işçiləri uşaqların gün ərzində bir çay qaşığından da az duz qəbul etmələrini məsləhət görsələr də, araşdırmalar zamanı bunun tam əksi sübut olunub. 500 uşaq üzərində aparılan araşdırma nəticəsində uşaqların 70 faizinin normadan çox duz qəbul etdiyi məlum olub.

Tədqiqatlar göstərir ki, duzun artıq dərəcədə qəbul olunması gənc yaşda yüksək qan təzyiqi yaradır və bu yüksək qan təzyiqi də ürək xəstəliyi eləcə də infarkta səbəb ola bilir. Buna görə də son zamanlar qida istehsalçılarına uşaq qidalarında duz miqdarının azaldılması məsləhət görülür. Çünki 1 qram duz miqdarının azaldılması minlərlə uşağın həyatının xilas edilməsi deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə