Sentyabrın 27-dən 28-ə keçən gecə "Qanlı Ay tutulması" baş verəcək. SİA-nın CNN-ə istinadən verdiyi məlumata əsasən, budəfəki ay tutulmasının digərlərindən fərqi ayın qırmızı rəngə alması olacaq.
Günəş şüaları Yerin atmosfer qatını dələcək və nəticədə Ay qırmızı rəngə boyanacaq.
Alimlərin verdiyi məlumata görə bu gecə Ay Yerə bir az daha yaxınlaşacaq və bütöv görünəcək. Onların fikrincə Ayın Yerə yaxınlaşması heç də müsbət hadisə deyil. Bu Yer üzərində bəzi təbii fəlakətlərə yol aşa bilər.
Xristianlara görə "Qanlı Ay" tutulması qiyamətə işarədir. Lakin NASA-dan verilən məlumata əsasən "Qanlı Ay" tutulması dünyanın sonunun əlaməti deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə