Bu cür xallar xərçəng xəstəliyinə səbəb ola bilər. Növbəti xəbərimiz xallarla bağlıdır. Daha dəqiq desək, ölçüsü böyüyən və zədələnən xalların fəsadları ilə bağlı. Bu cür xallar xərçəng xəstəliyinə səbəb ola bilər.
İnsanların bir çoxu xalının başına iş açacağından xəbərsizdi. Əgər açıq-qəhvəyi xalınız illər sonra boz və qara rəngə çevrilibsə diqqətli olun. Bu ən təhlükəli və sürətlə inkişaf edən onkoloji xəstəlik olan melanomadan xəbər verə bilər.
Mütəxəssislərə görə, xalı 6 mm-dən böyük olan insanlar xüsusilə diqqətli olmalıdırlar.Xalın vaxt keçdikcə böyüməsi də xərçəngin simptomu ola bilər.
Hər bir insan xalı ilə bağlı dermatoloqa müraciət etsə daha yaxşı olar. Çünki, ilkin mərhələdə bu xəstəlik müalicə oluna bilər.
Bununla yanaşı günəş vannası qəbul etmək də risklidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB