İndiyədək heç kim onu özü qədər təpikləməyib. Nepalda yaşayan Puskar adlı gənc qeyri-adi bacarığı, bir o qədər də qəribə olan vərdişi ilə diqqət mərkəzinə düşüb. Hər gün idmanla məşğul olan insanların əksəriyyəti ehtiyac olduqda başqalarına təpik vurmaq haqda düşünür. Puskarın atdığı təpiklər isə sözün əsl mənasında hər dəfə öz başında partlayır.
Hər gün saatlarla məşq edən gəncin sadəcə bir məqsədi var- Öz kəlləsinə mümkün qədər çox təpik vurmq. O buna bir dəfə maksimum nail olub. Bir dəqiqə ərzində öz kəlləsinə 134 təpik vurmaqla adını Ginesin Rekordlar kitabına yazdırıb. Başqa sözlə desək, yer kürəsində onun qədər özünə təpik atan başqa bir insan yoxdur.
Puskar günün bir neçə saatını təlimlərə və yoqaya həsr etməklə öz kəlləsinə vurduğu təpiklərin sayını artırmağa çalışır. Bununla o həm özünə məxsus olan dünya rekordunu yeniləməyi düşünür. Puskarın fikrincə yalnız köhnə rekordu daha da təkmilləşdirməklə tarixdə daha çox qalmaq olar.
Həmvətənləri onunla fəxr edir. Amma deyəsən ailəsi onun özünə atdığı təpiklərdən o qədər də razı deyil. Çünki Puskarın bacarıqlarından, vurduğu dünya rekordlarından gələn gəlirlər ailə büdcəsinə yox, xeyriyyə cəmiyyətinin fonduna gedir. Sözügedən cəmiyyətin işçisi olan Puskar köməyə ehtiyacı olan insanlara öz kəlləsinə təpik atmaqla əl tutmağa çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB