ABŞ-ın Boston şəhərində yaşayan bir alim həm qəribə, həm də məntiqli iddiası ilə hər kəsi heyrətləndirib. Massaçusets Texniki Universitetinin məzuni olan Deyv Uitlok 12 il ərzində bir dəfə belə duş qəbul etmədən bədənini təmiz saxlaya bilib. Özü də bakteriyaların sayəsində...
Uitlok deyir ki, təmizlənmək üçün duş qəbul edən insanlardan fərqli olaraq, o bədəninə xüsusi bakteriyalarla zəngin olan anti-perspirant vurur. Bu ətirin tərkibindəki bakteriyalar onun bədəninin çirklənməsinin qarşını alır. Nəticədə onun bədənində heç tər qoxusu da qalmır. Hər nə qədər dərisi bakteriya ilə zəngin olsa da, o başqalarından daha sağlam olduğunu iddia edir.
Amerikalı alimin sözlərinə görə, dəridəki bakteriyalar tər və yağla qidalanaraq bədənimiz üçün ziyanlı olan bu maddələri daha faydalı nitrit-oksidə çevirir. Məhz nitrit-oksid molekulları qan təzyiqinin normada qalmasında da önəmli rol oynayır.
Diqqət çəkən məqam isə odur ki, Deyvin insanların gigiyena anlayışını alt-üst edən bu iddiasına qarşı hər hansı təkzib xarakterli fakt qoyulmayıb. Onu da qeyd edək ki, amerikalılar hətta bu nəzəriyəyə uyğun olaraq xüsusi bakteriya spreylərini də satışa çıxarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB