Brilyantı xatırladan pavilyon

İngiltərənin Yorkşir şəhərində Norveçin "Various Architects" memarlıq studiyasının layihəsi ilə brilyantın strukturu əsasında mobil pavilyon tikilib. "Arxinovosti" saytı xəbər verir ki, pavilyonun konstruksiyası brilyantın atomunun strukturuna oxşar modul torla birləşdirilmiş metallik borulardan yaradılıb.

Uzunluğu 20, eni 10 və hündürlüyü 15 metr olan pavilyonda kiçik tədbirlər və konsertlər təşkil olunur. Onun strukturunda açılmış xüsusi dəliklər isə təbii ventilyasiyanı və işığı çox asan keçirir. Bu yarımşəffaf dəliklər həm də gecə işığında brilyantın parıltısını xatırladır.

Bütün xəbərlər Facebook səhifəmizdə