Kanadanın Alberte əyalətində ötən gün axşsam sattlarından başlayaraq ilk qar yağmağa başlayıb. SİA "itar-tass"a istinadən xəbər verir ki, ölkənin meteoroloji xidmətinin verdiyi məlumata görə, təbii hadisə əyalətin ən böyük meqapolisi hesab edilən Kalqarinin dağlıq ərazisinə yaxın yerlərdə baş verib.
"Qarın yağmasına səbəb dağlarda yaranımş buzlu cəbhənin güclü küləyin əsməsi nəticəsində anidən əyalətə doğru irəliləməsi olub. Hazırda əsl qış havasıdır və küçədə şaxta var", - deyə Kanadanın meteoroloji xidmətinin rəsmisi Bill Makmyorti deyib.
Həmçinni qeyd olunub ki, havanın hərarəti +20 dərəcədən mənfi 2-5 dərəcəyə qədər enib. Kalqarinin özündə isə yağış yağıb. Metereoloq istisna etməyib ki, şaxtalı hava yaxın günlərdə ölkənin Şərq əyalətləri olan Saskaçevana və Manitobuya da qonaq ola bilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB