Kompüter oyunlarını çoxları faydasız məşğuliyyət saysalar da, geymerlər videooyunlar vasitəsilə varlana bilirlər. Gizmodo bildirir ki, "Suma1L" niki ilə tanınan 16 yaşlı pakistanlı Sumail Həssan "DOTA 2" kompüter oyunu sayəsində 1,6 milyon dollar qazanıb.
O, pulları "DOTA 2" çempionatlarında qalib gələrək əldə edib. Məbləğin əsas hissəsini Sumail "Evil Geniuses" komandasının heyətində "DOTA 2" üzrə "The International" çempionatında qazanıb.
Çempionatın final qarşılaşması avqustun 9-da Çinin "CDEC Gaming" komandası ilə "Evil Geniuses" arasında keçirilib.
4 oyunda "Evil Geniuses" komandası 3 qələbəyə nail olaraq "The International 2015"in çempionu olub.
Bu minvalla komanda 6,63 milyon dollar qazanıb və pullar komandanın heyətindəki oyunçular arasında paylanıb.
Sumail Həssana 1,6 milyon dollar çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB