Eşitmə zəifliyi depressiya yaradır

Eşitmə zəifliyi depressiya yaradır

Depressiya ovqatın təlx olması ilə müşayiət olunan psixi durumdur. Onu pessimizm, neqativizm, özündən bədgüman olmaq, ümidsizlik kimi hallar səciyyələndirir. Depressiyanın təzahürü sırf fərdi xarakter daşıyır.

İnsanın dünyanı hiss etməsində görmə ilə bərabər, eşitmə də böyük rol oynayır. Onun hətta qismən itirilməsi insana əzab verir. Hazırda yaşlı adamlar kliniki depressiyadan əziyyət çəkən ən iri əhali qruplarından biridir. Eşitmə qabiliyyətinin itirilməsinin yayılma dərəcəsini, təbiətini və yaratdığı problemlərin sayını nəzərə alaraq deyə bilərik ki, bu problem ahıl yaşda ağırlaşdırıcı amil və hətta depressiya səbəblərindən biri ola bilər. "Science World Report" xəbər verir ki, alimlər eşitmə qabiliyyətini itirən insanların tez-tez hirsləndiklərini, təşvişə düşdüklərini , depressiyadan əziyyət çəkdiklərini sübuta yetiriblər.

Hazırda eşitməni bərpa etmək üçün bir sıra aparatlar mövcuddur. Həkimlər cərrahiyyə əməliyyatı aparırlar. Pasiyentlərin çoxuna səsgücləndirici xüsusi aparat gəzdirmək yetərlidir. Psixoloqlar eşitmə protezçilərinə tövsiyə edirlər ki, yaşlı insanları müalicə edən zaman eşitmənin itirilməsinin onların ruhi sağlamlığına və koqnitiv bacarıqlarına təsir göstərdiyini unutmasınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə