Milyarderin "qudurğan" nəvəsi

Rusiyada tikinti sektorunun oliqarxlarından olan, milyarder İqor Nekladkonun 16 yaşlı nəvəsi Georgi Mamurinin, "Youtube"da yaydığı "Pul hər qapını açır" adlı video ölkədə böyük mübahisə və qalmaqala səbəb olub. Belə ki, pul qarşılığında küçədən keçən qadınlara pul təklif edərək, onlardan soyunmalarını və onunla öpüşməyi istəyən oliqarx nəvəsinin videosu baxış sayına görə rekord qırıb.

Baxış sayının çox olmasına baxmayaraq izləyicilər Mamurini tənqid atəşinə tutublar.

"Qəhrəman"ın həmyerlilərinin bəziləri "Bu bizim acı həqiqətlərimizdir", bəziləri isə ərköyün yeniyetmə olması ilə bağlı fikirlərini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə