Bu gün dünyanın yaxınından olduqca dəyərli bir asteroid keçəcək
Bu asteroid nüvəsində 5.4 trilyon dollarlıq platin saxlayır. Asteroid dünyanın 4,2 milyon kilometr yaxınlığından keçəcək. Yəni uzaqlığı dünyanın aya uzaqlığının 6 misli olacaq. Uzunluğu təxminən 1000 metr olan asteroid zəngin mədənə sahibdir.
İnsanlar gələcəkdə dünyanın yaxınından keçən asteroidləri tutaraq, üzərindəki dəyərli mədənləri emal etməyi hədəfləyir.
İlk addım ötən həftə kosmosa göndərilən bir peyk ilə atılıb. "Google"un rəhbərləri Erik Şmit və Lari Peygin maliyyə dəstəyi verdiyi "Planetary Resources" adlı şirkətin göndərdiyi peyk kosmosda mədənçilik üçün lazım olan texnologiyaların inkişafında istifadə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB