İş qadınlarının böyük əksəriyyəti bunu edir

İş qadınlarının böyük əksəriyyəti bunu edir
İngiltərədə forma istehsalçısı Simon Jersey 2 min qadın arasında maraqlı bir sorğu həyata keçirib. Nəticədə iş qadınlarının ilin 5,5 ayını paltar, ayaqqabı almağa həsr etdikləri ortaya çıxıb.

Mütəxəssislər 18-65 yaş arasında olan xanımların işə gedərkən nə geyinəcəklərinə qərar vermək üçün həftədə 1,5 saat itirdiklərini qeyd ediblər. Sorğuda iştirak edən qadınlarn 45% işə gedərkən paltar seçmək məcburiyyətində qalmaqla stresə girdiklərini söyləyiblər. İştirakçıların 55% isə əgər bir gecə əvvəldən ertəsi gün işə nə geyəcəklərinə qərar verməsələr səhər saatlarında böyük çaxnaşma yaşadıqlarını hətta bəzən bu səbəblə işə gec qaldıqlarını da ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə