Bütün dünya bu azərbaycanlıdan danışır

Bu layihə sayəsində velosiped sürmək daha təhlükəsiz olacaq
Bütün dünya bu azərbaycanlıdan danışır

Bu xəbərimiz velosiped həvəskarları üçündür. Əksər hallarda gecə vaxtı velosipedlə yolda hərəkət etmək təhlükəli olur. Dizayner Elnur Babayevin ixtira etdiyi qurğu ilə velosiped sürücüləri bu təhlükədən qorunacaq. Bəs qurğu nə vaxt satışa çıxarılacaq, qiyməti nə olacaq? Sujetdən biləcəyik

Yollarda gecə vaxtı veleosiped sürmək daha təhlükəsiz olacaq. Azərbaycanlı dizaynerin ixtira etdiyi velosiped üçün unikal qurğu dünyanın diqqətini özünə cəlb edib. Elnur Babayev tərəfindən icad edilən Saykli adlanan lazer qurğusu velosipedin oturcağına bərkidilir.

Qurğu smartfonşardakı xüsusi proqramla idarə olunacaq. Lazer vasitəsi ilə velosiped sürücüsünün kürəyində müxtəlif xəbərdarlıq işarələri arxadan gələn nəqliyyat vasitələrinin sürücülərinə göstəriləcək

Dizayenerin sözlərinə görə ixtiranın üzərində bir ay vaxt sərf edilib. Yerli və xarici mükafatların sahibi olan Elnur Babayevin bu işi dünyanın bir neçə şirkətinin diqqətini cəlb edib. Hətta əcnəbi mediada dizaynerin ixtirası işıqlandırılıb. İlkin olaraq 100 min ədəd istehsal ediləcək bu qurğunun qiyməti isə təxminən 30-40 dollar arası olacaq. Qurğunun sentyabrdan etibarən yerli bazarla yanaşı Avropa ölkələrində də satışa çıxarılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə