Yetkin yaşlı qadınlardan uşaqları daha sağlam olur

Yetkin yaşlı qadınlardan uşaqları daha sağlam olur

Beynəlxalq elmi qrup araşdırma apararaq sübut edib ki, 26 və daha artıq yaşlı analardan doğulan uşaqlar daha sağlam olur və gənc anaların uşaqları ilə müqayisədə daha yaxşı intellekt göstəricilərinə malik olurlar. Xarici KİV-lər xəbər verir ki, araşdırmaya 20 il vaxt sərf olunub. Braziliya, Cənubi Afrika, Hindistan, Filippin və Qvatemaladan olan uşaqların sağlamlıq göstəriciləri dəyərləndirilib. Gənc anaların (19 yaşından aşağı) uşaqlarının 30-40 faizində çəki azlığı qeydə alınıb. Bu qrupda boy artımının və psixi inkişafın ləngliyi daha tez-tez qeydə alınıb.

26 və daha artıq yaşlı analardan olan uşaqların intellekt səviyyəsi də daha yüksək olur. Bu uşaqlar məktəbdə çox əziyyət çəkmirlər, informasiyanı daha asanlıqla yadda saxlayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə