Alimlər isti qana malik balıq aşkarlayıblar. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, dərin sular üçün xarakterik olmayan bu balıq 45 metrdən 400 metrə qədər dərinlikdə yaşayır. Balığın bədən hərarətinin suyun hərarətindən 5°C yüksək olduğu öyrənilib.
Xatırladaq ki, balıqlar soyuqqanlı varlıqlardır. Bu isə o deməkdir ki, onların orqanizmlərinin hərarəti ətraf mühitdəki hərarətdən asılıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB