Vaildeynlər bu xəbəri mütləq oxusun!

İspan alimləri: uzun müddət kompyuter qabağında oturmaq uşaqların təzyiqini yüksəldir
Vaildeynlər bu xəbəri mütləq oxusun!

Hipertoniya, başqa sözlə desək, "yüksək təzyiq" böyük qan dövranı arteriyalarında qanın hidrostatik təzyiqinin qalxması deməkdir. Bu diaqnoz yalnız yaşlı adamlara deyil, balaca uşaqlara da qoyulur. Tibb işçiləri yorğunluq vəziyyətini yüksək təzyiqin əsas səbəblərindən biri sayırlar. Bu da daha çox televizor və ya kompyuter qarşısında xeyli vaxt keçirmək nəticəsində yaranır.

Uşaq vaxtının çoxunu kompyuter arxasında keçirirsə, onda uşaq hipertoniyası riski 30 faiz artır. İspan alimləri Almaniya, İsveç, İtaliya, Estoniya və İspaniyada 5 min uşağın sağlamlıq durumunu təhlil edərək bu qənaətə gəliblər.

Həkimlər həmin uşaqların sağlamlıq durumunu müşahidə edib və əldə etdikləri informasiyanı onların asudə vaxti ilə əlaqələndiriblər. Zəif fiziki fəallıq və kompyuter oyunlarına aludə olmaq uşaqlarda nəinki hipertenziya, həm də başqa xəstəliklər, o cümlədən qastrit, piylənmə, şəkərli diabet ehtimalını artırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə