Nepalda zəlzələdən 8 gün sonra 3 nəfər xilas edilib
Bu gün Nepalın Siauli kəndində ölkədə baş verən 7,9 bal gücündə zəlzələdən 8 gün sonra üç nəfər dağıntılar altından sağ çıxıb. Yaralılar hərbi hospitala aparılıblar. Onlardan birinin 101 yaşı var.
Nepalda zəlzələ aprelin 25-də baş verib. Təbii fəlakət nəticəsində 7 mindən çox insan ölüb, 14 min nəfər yaralanıb. Həmçinin 140 min yaşayış evi dağılıb, daha 140 mindən artıq tikiliyə ziyan dəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB