"McDonald's" korporasiyası Yaponiyada 131 restoranını bağlamaq niyyətindədir. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb müştərilərin çoxsaylı şikayətləridir. Digər tərəfdən, Yaponiya restoranları cari ilin yekunları üzrə 317,8 milyon dollar həcmində zərər gözləyirlər. Bu da son 11 il ərzində şirkətin ilk illik itkisi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB