Alimlər 250 milyon il əvvəl bitki və heyvanların kütləvi ölümlərinin səbəbini araşdırıblar. SİA-nın məlumatına görə, Science jurnalında nəşr olunan araşdırmaya görə, dünya sularında meydana gələn dəyişmələr ani bir vulkanik partlamadan qaynaqlanıb. Bu da okeanlardakı canlı həyatının 90%-nin, quru üzərindəki heyvanların da üçdə ikisinin ölümünə yol açıb.
Vulkanik partlamalar nəticəsində okean sularına yüksək dərəcədə karbonun qarışaraq onu turşulu hala gətirməsi bəzi canlıların məhv olmasına səbəb olub.
Birləşmiş Ərəb Əmirliklərindəki qaya nümunələrinin araşdırılması nəticəsində əldə edilən məlumatlara görə, okean sularına 10 min il ərzində yüksək dərəcədə karbon qarışıb.
Edinburgh Universitetindən Matthew Clarkson araşdırmanın nəticəsinə uyğun olaraq qeyd edib ki, alimlər bugünə qədər okeanda baş verən kütləvi ölümlərin səbəbini araşdırırdı və sonda bunun nə ilə əlaqədar olduğu bəlli oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB