Dünyanın ən maraqlı oteli

İsveç meşələrində inşa edilən barakalar bir sıra xarici turistlərin diqqətini cəlb edir. SİA-nın məlumatına görə, qonaqlarının istirahəti üçün heç bir rahatlığı olmasa da bu otellərə maraq göstərən turistlərin sayı xeyli artıqdır. Lüks otellərin əksinə olaraq bu oteldə qonaqların istirahəti üçün heç də lüks şərait yoxdur. Belə ki, otelin işıqlandırılması üçün şam işığından istifadə olunur. Bu oteldə gecələmək istəyən qonaqlar isə cəmi 15 avro ödəyirlər. 2004-ci ildə inşa edilən bu otelin daxilində vanna otağı, tualet və bir otaq var. Qeyd edək ki, İsveçdə yerləşən bu otelin bir oxşarı da Cənubi Afrikanın Emoya bölgəsində yerləşir. 52 otaqdan ibarət olan bu oteldə isə kasıb həyatı yaşamaq istəyən bəzi varlı şəxslər qonaq olurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə