Bura muzey deyil adi stomatoloji kabinetdir

Çəkdiyi dişlərdən Misir ehramı düzəldən gəncəli həkim...
Bura muzey deyil  adi stomatoloji kabinetdir

Bir çox insanın özünəməxsus maraq, məşğuliyyət sahəsi var. Bu cür məşğulluq isə bir çox hallarda başqalarının da marağına səbəb olur. Bəzi insanların maraqları isə demək olar ki, əsasən özlərinin xoşuna gəlir. Sıradaki süjetin qəhrəmanı kimi.

Eyfel qülləsi, Misir Piramidası, Kinq Konq, Şahmat fiqurları... Bunların hamısı insan dişindən düzəldilib.Gəncə 22 ildir diş həkimi işləyən 48 yaşı Zakir Cəfərov çəkdiiyi dişləri toplayaraq onlardan fiqurlar düzəldib.

Həkim çəkdiyi dişləri atmayıb, Eyfel qülləsi, Misir Piramidası, Kinq Konq, Şahmat taxtası düzəldib. Hətta nəhəng diş fiqurları da dişdən hazırlanıb. Onda bu maraq dişlə məşğul olmağa başladığı ilk gündən yaranıb.

Zakir həkimin sözlərinə görə hazırladığı hər fiqurda mindən artıq diş istifadə olunub. İndiyədək hazırlanan fiqurların sayına vurduqda isə ortaya 10 mindən artıq diş çıxır. Zakir həkimin daha bir arzusu nəhəng azı dişi formasında ev tikdirməkdir.

Elə bu evin də üzünü insan dişləri ilə bəzəmək fikrində olan stomatoloq kolleksiyasına bundan sonra da davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə