Britaniyadan olan Tess Kristian adlı bir xanım ömrünün 40 ilini təbəssümsüz keçirib. Onun bunu etməsinə səbəb isə çox ilgincdir. Tess Kristian bunu ona görə edib ki, üzündə qırışlar əmələ gəlməsin. SİA xəbər verir ki, bu barədə İngiltərə mətbuatı yazır. Belə ki, o, öz sifət cizgilərini və mimikasını 10 yaşından başlayaraq təbəssümdən, gülüşdən məhrum edib.
Artıq 50 yaşını haqlamış olan britaniyalı xanım üzərində illər boyu keçirdiyi bu tətbiqin nəticələrinə uyğun olaraq bildirib ki, həmin vasitə botoksdan kifayət qədər fərqlidir. Kristian deyib ki, o hətta qızını dünyaya gətirdiyi zaman belə gülmsəməyib. Beləliklə, Tess Kristian üzərində keçirdiyi bu proqramın nəticələrini artıq 40 yaşından hiss etməyə başlayıb. O, bunu belə izah edib ki, həmin yaşda olanda artıq öz üz cizgilərinin öz həmyaşıdlarının üz cizgilərindən nə qədər fərqləndiyini görüb.
Kristianın görüşdüyü kişi isə bundan narahat olmadığını bildirib. Lakin dostları və rəfiqələri onu öz aralarında "Mona Liza" adlandırırlar. Onlar deyirlər ki, Kristian hər zaman öz daş siması ilə hər kəsi heyrətə gətirir.
Bununla bağlı psixoloqlar da münasibətlərini bildiriblər. Onların bildirdiklərinə görə, təbəssüm, gülüş hissləri insanın psixikasına müsbət təsir göstərir. Belə ki, üz əzələlərinin hərəkəti, gərilməsi endrofinlərin (sevinc hormonları-red.) yaranmasına xidmət edir.
Lakin Kristianın bu addımının Ginnesin rekordlar kitabına düşüb-düşməyəcəyi ilə bağlı mətbuatda heç bir fikir bildirilmir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB