Vəhşi təbiəti öz fotolarında əks etdirən dünyaca məşhur fotoqraf Christophe Courteau və yoldaşı, dünən Ruandadakı "Volcanoes" Parkında yaşayan bir qorillanın fotolarını çəkərkən çətin vəziyyətə düşüblər. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, 190 kilo ağırlığındakı nəhəng qorillaya həddindən artıq yaxınlaşan Courteau bir anda qorillanın hücumuna məruz qalıb. Meymunun fotoşəkilini çəkərkən Courteaunun maşınını əzdikdən sonra fotoqrafçının üzərinə tullanan nəhəng qorillanın hirsli anını digər fotoqraf Christophe Vasselin öz fotoaparatının yaddaşına köçürüb.
Qorillanın hücumuna məruz qalan Courteau isə həmin an çox qoxduğunu ifadə edərək qeyd edib ki, bir anda özünü sanki qatarın altındaymış kimi hiss edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB