Marsa sərnişindaşıma başlayır

"SpaceX" kosmik araşdırma şirkətinin qurucusu Elon Musk, "Mars nəqliyyat sistemi" layihəsi üzərində çalışdığını və yeni layihə haqqında 2015-ci il ərzində ətraflı məlumat veriləcəyini açıqlayıb. Musk, raket texnologiyasının kosmos araşdırmaları üçün təhlükəli olduğunu ifadə edib. SİA-nın məlumatına görə, Tesla Motors və SpaceX firmalarının rəhbər üzvləri Reddit-də reallaşdırılan iclasda ona ünvanlanan sualları cavablandırıblar. Sual-cavab şəklində keçən "Ask Me Anything" panelinə qatılan Musk yeni layihələri haqqında məlumatlar verib.

Marsda koloniya qurmaq və 500 min dollarlıq bilet qarşılığında Marsa sərnişin daşıma planlarını açıqlayan Musk, indi də Qırmızı Planetə insan daşıyacaq nəqliyyat vasitəsinin planı üzərində çalışdığını ifadə edib. Musk, məsələ ilə bağlı olaraq "Dragon kapsulası" və "Falcon raketi" adlı layihələrin mövcudluğunu vurğulayıb.

Musk qırmızı planetə göndəriləcək sərnişinlərin təhlükəsiz şəkildə adı çəkilən planetə göndərilməsi üçün əllərindən gələni edəcəklərini deyib. Qeyd edək ki, Marsa göndəriləcək hava gəmilərinin dizaynı 2015-ci ilə ərzində təqdim olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə