Şübhəsiz ki, 1.35 milyard aktiv istifadəçisi olan "Facebook" ən çox söz-söhbətlərə səbəb olan sosial şəbəkələrdəndir. SİA-nın məlumatına görə, bu sosial şəbəkə haqqında yeni bir şokedici məlumat yayılıb. Belə ki, amerikan alimlər ictimai media nəhəngi hesab edilən "Facebook"un istifadəçiləri arasında psixoloji bir araşdırma aparıblar. Nəticələr isə heç də ürəkaçan deyil. Belə ki, ABŞ-ın Missuri Universitetinin tədqiqatçılarının sözlərinə görə, şəxsi məlumatlarını "Facebook"da yerləşdirən şəxslərin xeyli hissəsi depresiyaya məruz qalaraq, böyük stress keçirirlər və bu da həmin şəxslərin həyatı üçün təhlükəyə çevrilir.
Araşdırmaçı Margaret Duffy, "Facebook"un həm faydalı, həm də zərərli şəkildə istifadə edilə biləcəyini qeyd edib. Onun sözlərinə görə, saytdan yaxınları ilə ünsiyyət qurmaq üçün istifadə edən şəxslər heç bir təhlükə qarşısında deyillər. Daha çox başqalarının gündəlik həyatını izləyən şəxslərdə bu hal bir müddətdən sonra vərdiş halını alır və istifadəçinin psixoloji cəhətdən zəifləməsinə səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB