Çinin Tsyansu vilayətinin Nantonq şəhərində baş verən olay hər kəsi təəccübləndirib. SİA "The Telegraph"a istinadən xəbər verir ki, Van adlı 19 yaşlı gənc evindən çıxarkən, özü ilə mətbəx bıçağı götürüb və yaxınlıqdakı skamyada oturaraq, sol əlini biləkdən kəsərək, ayırıb. O, daha sonra taksi çağıraraq, xəstəxanaya gedib. Gənc xəstəxanaya gedərkən, kəsilmiş əlini skamyada qoyub.
"Biz baş verən hadisə ilə barışa bilmirik. Bu olay gözlənilmədən baş verib" -deyə, Vanın anası bildirib. Onun sözlərinə görə, oğlu evdən çıxarkən, məktub yazıb. Məktubda qeyd olunub ki, Van xəstəxanaya gedir və narahat olmalı heç nə yoxdur.
Lakin polislər gəncin kəsilmiş əlini tapdıqdan sonra, onu həkimlərə təhvil veriblər. Cərrahlar həmin əli yenidən yerinə tikərək, onu bərpa etməyə müyəssər olublar. Çinli gənc bu əməlini belə izah edib ki, artıq kompüter oyunları oynamaqdan bezib və bir daha bu azara yoluxmamaq üçün həmin addımı atmağa məcbur olub. Həkimlər hələlik yekun nəticəyə gələrək, yenidən bərpa olunmuş əlin tam olaraq funksiyalarını yerinə yetirə biləcəyi barədə heç nə deyə bilmirlər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB