"Motorauthority" avtomobil jurnalının fotoqrafları yeni "Jaguar"ın sınaq zamanı şəklini çəkiblər. SİA-nın məlumatına görə, "Concept C-X17" adlı model "Range Rovert Sport"un bazasında yaradılıb. Avtomobilin bazara "F-Pace" adı altında çıxarılacağı güman edilir. Yeni modelin benzin, dizel və hibrid mühərriklərlə təchiz olunacağı bildirilsə də, texniki göstəricilər barədə məlumat verilmir.
Qeyd edilir ki, avtomobilin uzunluğu 4.7 metr olacaq. Bu da "Audi Q5" və "BMW X3" üçün yeni rəqibin bazara daxil olması anlamına gəlir. Avtomobil satışa 2016-cı ilin sonunda çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB