Marsa helikopter göndərilir

ABŞ-ın Milli Kosmik Agentliyi (NASA) Marsa helikopter göndərməyi planlaşdırır. SİA-nın məlumatına görə, NASA Marsa göndərəcəyi helikopterlə indiyə qədər qırmızı planetə göndərilən cihazların çıxa bilmədiyi kələ-kötür ərazilərin fotolarını çəkmək niyyətindədir.

ABŞ-ın Milli Kosmik Agentliyinin tədqiqatçıları bu helikopter vasitəsilə Mars üzərindəki araşdırmalarını daha da inkişaf etdirmək fikrindədirlər. Layihəyə görə helikopter quruda hərəkət edən cihazlara nəzərən 3 qat daha iri olacaq. Helikopterin ağırlığı 1 kiloqram, qanadlarının eni isə 1,1 metr olacaq. İlk sınaq uçuşlarından uğurla keçən helikopterin qırmızı planetin səthinə nə zaman göndəriləcəyi isə hələ ki, dəqiq bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə