ABŞ-ın Milli Kosmik Agentliyi (NASA) bu gecə Yer kürəsinin yaxınlığından nəhəng asteroidin keçəcəyini bildirib. Diametri təqribən yarım kilometr böyüklüyündə olan asteroidin Yer kürəsi üçün təhlükəli ola biləcəyini vurğulanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, asteroidin planetimizə olan uzaqlığı Ay ilə Yer kürəsi arasındakı məsafənin 3 qatı qədərdir. Bu məsafə təxminən 1 milyon 200 min kilometrə bərabərdir.
Təxminən gecə saat 3 ilə səhər saat 8 arasında Yer kürəsinin yanından keçməsi gözlənilən bu nəhəng göy cismini Amerika, Avropa və Afrikadan görmək mümkün olacaq. NASA araşdırmacıları asteroidin radar vasitəsilə xəritəsini tərtib etmək niyyətindədirlər. Qeyd edək ki, bu cisim 2017-ci ilə qədər Yer kürəsinə ən çox yaxınlaşan və ən iri asteroid kimi tarixə düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB