Rusiyanın Kaluqa bölgəsində maraqlı hadisə baş verib. SİA-nın xəbərinə görə, Maşa adlı pişik kimsəsiz körpənin həyatını xilas edib. Belə ki, bölgənin Obninski şəhərində yüksək şaxtada valideyn balaca körpəsini çölə atıb. Ətrafda gəzən Maşa adlı pişik körpənin səsini eşidərək ona yaxınlaşıb. Uşağın qarda donduğunu hiss edən heyvan öz bədəni ilə körpəni isidib və ətrafdakıların diqqətini cəlb etmək üçün səs-küy salmağa başlayıb. Pişiyin səsini eşidən sakinlər ona yaxınlaşıb və gördüklərindən heyrətə gəliblər. Körpəni təcili olaraq xəstəxanaya aparan sakinlər onun həyatını xilas etməyə müvəffəq olublar. Maşa isə şəhərin sevimlisinə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB