Marsda həyat ola biləcəyinə dair növbəti fakt

Marsda həyat ola biləcəyinə dair növbəti fakt

Amerika Birləşmiş Ştatlarının "Milli Aeronavtika və Kosmos İdarəsi"nin (NASA) Mars səthinə göndərdiyi kosmik vasitə "Curiosity" işlərinə davam edir. Ötən gün rast gəlinən metan qazından sonra Marsda həyatın olması ilə bağlı daha bir əhəmiyyətli fakt əldə olunub. SİA-nın məlumatına görə, Vircinia Universitetində çalışan Nore Noffke, Curiosity-nin işlərini araşdırıb. Noffke araşdırmasının sonunda yazdığı məqalədə, Marsdakı qayalıqların xüsusiyyətləri ilə ABŞ-dakı Gillespie gölündəki qayalıqların bənzərlik təşkil etdiyini qeyd edib. 3.7 milyard il əvvəl formalaşaraq müasir şəkilini alan Gillespie bölgəsindəki qayalıqların qalıqları Marsdakı qayalıqlarla bənzərlik təşkil edir.

Noffke, daha ətraflı məlumat vermək üçün Marsdakı qayalarla əlaqədar daha çox analizə ehtiyac olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə