Bostonun incəsənət muzeyində XVIII əsrin sonlarına – 1795-ci ilə aid kapsula açılıb. SİA Amerika mətbuatına istinadən xəbər verir ki, kapsulanın içində həmin dövrə aid beş ədəd səliqə ilə bükülmüş qəzet, 23 qəlp pul kolleksiyası (onların ən qədimi 1662-ci ildə buraxılıb) və üzərində ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun barelyefi həkk olunmuş medal olub. Eyni zamanda həmin dövrə aid olan daha bir neçə sənəd kapsuladan çıxarılıb. Kapsula həmin dövrlərdə yerli qanunverici şuranın divarlarına hörülmüşdü.
"Boston Globe"-nin yazdığına görə, muzey işçiləri mis qutunun qapağındakı vintləri açmaq üçün dörd saat vaxt itiriblər. Kapsulanın içindəkilər isə yaxşı vəziyyətdə qalıb.
Qeyd olunur ki, sözügedən kapsula ötən ilin dekabrında su borularını təmir edən ustalar tərəfindən aşkar edilib. Onlar divardan boru keçirərkən onu tapmağa nail olublar. Daha sonra isə Bostonun incəsənət muzeyinə xəbər verilib. Nətivədə bəlli olub ki, kapsulanı divara ABŞ-ın müstəqilliyi uğrunda döyüşən iki amerikalı əsgər – Samuel Adams və Pol Revir hörüb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB